Tini Koks yenidən AŞPA prezidenti seçildi

Tini Koks yenidən AŞPA prezidenti seçildi backend

Niderlandlı deputat Tini Koks yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

"Report"un yerli bürosunun xəbərinə görə, o, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı 175 səs toplayıb.

Səsverməyə əsasən, Tini Koks 2023-cü il üçün bir müddətinə qurumun prezidenti seçilib.

Onun həmkarı Ukraynalı deputat Oleksandr Merezko isə 44 səs qazanıb.

Xatırladaq ki, Tini Koks 2022-ci ildə AŞPA-nın prezidenti olub.

Diaspora