Almaniyanın xarici işlər naziri Annalena Berbok Polşanın Ukraynaya Leopard 2 tankı göndərməsinə qarşı çıxmayacaqlarını açıqlayıb.
Qaziler.az bildirir ki, Fransanın LCİ kanalına müsahibə verən Almaniyanın xarici işlər naziri Annalena Berbok: “Polşa Almaniyanın icazəsi olmadan Ukraynaya alman tanklarını göndərsə, nə baş verəcək?" sualına cavab olaraq: "Hələlik bizə belə bir şey soruşulmayıb. Amma soruşsalar, onların qarşısında dayanmayacağıq" - deyib.
Almaniyanın Ukraynaya məxsus “Leopard 2” tanklarını göndərməkdən çəkinməsi Polşa ilə gərginliyə səbəb olub.
Polşanın xarici işlər naziri Rau Zbiqnev Ukraynada insanların “Almaniyanın hərəkətə keçmək istəməməsi” səbəbindən öləcəyini vurğulayarkən, Baş nazir Mateuş Moravietski: “Biz müharibə gedən Ukraynaya müasir hərbi maşınlarını və müasir tanklarını verməyə hazır olan ölkələrdən kiçik bir koalisiya quracağıq” - deyib.
QAZİLER.AZ