Afinada həyəcan yaşandı

Afinada həyəcan yaşandı backend

Lakin bomba xəbəri yalan çıxdı

Polşadan uçan və Afinada eniş edən Ryanair Boeing 738 təyyarəsində bomba olması ilə bağlı məlumat təsdiqini tapmayıb. Beləki, xəbər verildiyi kimi təyyarədə partlayıcı qurğu tapılmayıb. Bu barədə ölkə telekanalı məlumat yayıb.

Məlumata görə  təyyarə Afina Beynəlxalq Hava Limanına endikdən sonra sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Eyni zamanda, sərnişinlər baqajları ilə yanaşı, təyyarənin özündə partlayıcı maddələrin olub-olmaması yoxlanılıb.

Bundan əvvəl ProtoThema məlumat vermişdi ki, Polşadan uçan Ryanair təyyarəsi bomba xəbərdarlığından sonra Afinaya enib. Partlayış təhlükəsi ilə əlaqədar təyyarəni F-16 qırıcıları müşayiət edib və xüsusi təyinatlılar da Afina beynəlxalq “Eleftherios Venizelos” hava limanına hərəkət edib. Boeing 738-in göyərtəsində 192 nəfər olub.

Bundan əvvəl Moskvadan gələn “Aeroflot” təyyarəsi bomba xəbərləri ilə bağlı Yeni Dehlidə yoxlanılıb

QAZİLER.AZ

Diaspora