Avropanın ən böyük qaz yatağı bağlanacaq

Avropanın ən böyük qaz yatağı bağlanacaq backend

Niderlanddakı Avropanın ən böyük qaz yatağının bağlanmasının əsas səbəbləri təhlükəsizlik məsələləridir.

Məlumata görə, ölkə hökuməti bu il oktyabrın 1-dək seysmik təhlükəli olan Qroningen qaz yatağının bağlanmasını planlaşdırır.

Eyni zamanda, hazırda ölkədə və Avropada qaz ehtiyatının kifayət qədər olub-olması üzrə monitorinq davam edir. Bildirilir ki, yatağın bağlanması qitədə əhəmiyyətli qaz qıtlığına səbəb ola bilər.

Bununla yanaşı, qeyd olunur ki, zərurət yaranarsa, yatağın işi 2024-cü ilin oktyabr ayına qədər uzadıla bilər.

Mənbə: rbc.ua

Diaspora