Belarusun hücumu ilə bağlı Ukrayna MN: "Psixoloji informasiya əməliyyatıdır"

Belarusun hücumu ilə bağlı Ukrayna MN: "Psixoloji informasiya əməliyyatıdır" backend

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Andriy Yusov Belarusun Ukraynaya hücumu ilə bağlı məlumatın “psixoloji informasiya əməliyyatı” olduğunu bildirib.

“Report” “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, o bu barədə telemarafonun efirində danışıb.

“Obyektiv şeylər var: zərbə qüvvələrinin sayı, qüvvə və vasitələrin hazırlığı və digər məqamlar ki, bu gün Belarusdan tammiqyaslı quru əməliyyatına, onun Rusiyanın tərəfində iştirakına heç bir təhlükə olmadığını təsdiq etməyə imkan verir”, - A. Yusov vurğulayıb.

Onun sözlərinə görə, vəziyyət dəyişərsə, o zaman bu barədə məlumatlar ortaya çıxacaq. O, həmçinin bildirib ki, Ukrayna “vəziyyətin dəyişəcəyi təqdirdə” bütün ssenariləri işləyib hazırlayıb.

BKİ nümayəndəsi həmçinin qeyd edib ki, Belarus məsələsinin gündəmdə qalması Rusiyanın maraqlarına uyğundur.

Diaspora