17 fevral 1925-ci il Nikaraqua hökuməti Amerika Birləşmiş Ştatlarından Xalq Qvardiyası yaradılması planını aldı. “Banan respublikası” terminini yazıçı O. Henri fikirləşib tapıb. O, uydurduğu Latın Amerikası ölkəsini belə adlandırmışdı. Sonralar bu, iri meyvə ixracatçısı olan Amerika kompaniyası United Fruit Company-dən asılı olan bir neçə dövlətə də şamil olundu.
“Banan dövlətlər” indən biri də Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına və siyasətinə nəzarət etməyə çalışdığı Nikaraqua hesab olunur. Partiyalararası mübarizənin çox vaxt silahlı mübarizəyə çevrildiyi bu ölkəyə ABŞ öz əlaltısının prezidentliyini dəstəkləmək üçün dəfələrlə qoşun yeridib.1925-ci ildə Nikaraquada Xalq Qvardiyasının yaradılmasının ilk vaxtlarında ora amerikalılar başçılıq etmişdilər. Keçmişdə saxta pul kəsməklə məşğul olan, Amerika Birləşmiş Ştatlarında təhsil alan Anastasio Somosa bu qoşunların ilk nikaraqualı komandiri olub. 1936 – cı ildə Somosa məhz qvardiyanın köməyi ilə bu ölkənin prezidenti ola bildi.