Bu il bütün Ukrayna torpaqlarının işğaldan azad edilməsi çox çətin olacaq - Milley

Bu il bütün Ukrayna torpaqlarının işğaldan azad edilməsi çox çətin olacaq - Milley backend

2023-cü ildə Rusiya qoşunlarını bütün ərazilərdən çıxarmaq Ukrayna üçün çox çətin olacaq.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley deyib.

"Ukrayna qüvvələri üçün 2023-cü il ərzində öz dövlətlərinin bütün ərazisini Rusiyanın işğalçı qüvvələrindən azad etmək olduqca çətin olacaq, lakin tərəfdaşlar onlara müdafiə və hücum əməliyyatlarını davam etdirmək üçün dəstək verəcəklər", - deyə amerikalı hərbçi bildirib. 

Milley deyib: "Bir çox ərazilər hələ də Rusiya qoşunlarının nəzarəti altındadır. Bu il rusların Ukraynanın hər yerindən hərbi yolla qovulması çox çətin olacaq. Mən demirəm ki, belə bir əməliyyat mümkün deyil və ya olmayacaq, amma çox çətin olacaq... "

QAZİLER.AZ

 

Diaspora