Fransada pensiya islahatlarına qarşı 1 milyondan çox insan tətilə çıxıb

Fransada pensiya islahatlarına qarşı 1 milyondan çox insan tətilə çıxıb backend

Fransa hakimiyyətinin bildirdiyinə görə, təxminən 1 milyon 120 min insan pensiya islahatına qarşı bütün ölkə üzrə, o cümlədən Parisdə 80 mini etiraz aksiyasına çıxıb.

Qaziler.az bildirir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

Bu rəqəmlər səlahiyyətlilərin tətilə çıxacağını gözlədiyi  600.000 ilə 800.000 arası nmayişçi hesabından  qat-qat çoxdur.

Həmkarlar ittifaqlarının hesablamalarına görə, Fransada 2 milyondan çox, Parisdə isə 400 minə yaxın insan nümayiş keçirib.

QAZİLER.AZ

Diaspora