İsrailin yeni xarici işlər naziri Eli Koen ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı olub.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, telefon danışığı zamanı Eli Koenin yaxın zamanlarda Ukraynaya səfərinin planlaşdırılması haqda razılıq əldə olunub.
İsrailin "The Times of Israel" nəşrinin yazdığına görə, Koen Kulebaya nəhayət yaxın 60 gün ərzində Kiyevdə İsrail səfirliyini açılacağına söz verib.
QAZİLER.AZ