Hindistanda keçirilən xoruz döyüşlərində ayaqlarına bıçaq bağlamış xoruzlar 2 nəfəri öldürüb.
Qaziler.az bildirir ki, Hindistan polisi hər iki hadisə ilə bağlı araşdırmalara başlayıb.
Adı Andhra Pradeş olduğu öyrənilən hindistanlı Kakinadada xoruz döyüşü zamanı xoruzun ayağına bıçaq bağlamaq istəyib.
Həmin vaxt həmin şəxsə xoruz hücum edib.
Ayağı və biləyini kəsilən şəxs çox qan itirdiyi üçün xəstəxanaya aparılıb.
Açıqlamada Pradeşin həyatını itirdiyi paylaşılıb.
Pradeşdən sonra 20 yaşlı gənc də eyni aqibəti yaşadı.
Şərqi Qodavaridə xoruz döyüşündə tamaşaçılar arasında olan gənc bir anda nə baş verdiyini anlaya bilməyib və hücuma məruz qalıb.
Xoruzun ayağına bərkidilmiş kiçik bıçaqlar 20 yaşlı gəncin bədənində dərin kəsiklər yaradıb.
Xəstəxanaya aparılan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Polis hər iki hadisə ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ