Udmurtiya Respublikasının Votkinsk şəhərində robot - tozsoran mənzildə yanğına səbəb olub.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Udmurtiya Respublikasının Votkinsk şəhərində robot - tozsoran yanğına səbəb olub və bununla da az qala mənzillərdən birini məhv edəcəkmiş.
Yanğına texniki nasazlıq səbəb olub. Bu barədə yerli Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.
Mənzil sahibləri evdən çıxmazdan əvvəl cihazı şarja qoyurlar. Lakin tozsoranın texniki nasazlığı səbəbindən mənzildə yanğın baş verib.
Yanğını görən qonşular, yanğınsöndürənləri çağırıb.
QAZİLER.AZ