Tankların təhvil verilməsi qərarı Rusiyanın növbəti hücumu ehtimalına görə Ukrayna üçün çox vacibdir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, Polşa Almaniyanın qərarını gözləmədən "Leopard"ları Ukrayna döyüşçülərinə verə bilər.
Bunu Polşanın baş naziri Mateuş Moravietski “Polsat” nəşrinə müsahibəsində deyib.
Baş nazir əlavə edib ki, Polşa Ukraynaya 14 tank təklif edib. Eyni zamanda, Varşava başqalarının da Kiyevin silah və texnika ehtiyaclarını ödəyəcəyinə zəmanət almalıdır. Bu ölkələr arasında Almaniya indiyə qədər ən az təşəbbüskardır.
QAZİLER.AZ