Ankara “Türk axını“ layihəsini tamamilə dondurdu

Ankara “Türk axını“ layihəsini tamamilə dondurdu backend

Ankara "Türk axını" layihəsini tamamilə dondurub. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindəki mənbə deyib.

Buna səbəb tərəflərin "Türk axını" qaz kəmərinin tikintisinin detalları və Rusiya qazının qiymətində endirimlər edilməsi məsələləri üzrə razılığa gələ bilməmələridir.

Məlumata görə, tərəflər "Türk axını"nın tikintisi üzrə danışıqları bərpa edə bilərlər, lakin bunun baş verəcəyi dəqiq tarix hələlik məlum deyil.
Diaspora