Amerikalı turist arvadı ilə Meksikaya gedib və müəmmalı şəraitdə ölüb.
Qaziler.az bildirir ki, bu barədə New York Post (NYP) yazıb.
Kaliforniyadan olan 33 yaşlı vəkil Elliot Bleyer evlilik ildönümünü qeyd etmək üçün həyat yoldaşı ilə birlikdə Meksikaya gedib. Gənclər Rosarito şəhəri yaxınlığındakı oteldə qalıblar. Şənbə günü, yanvarın 14-də amerikalının öldüyü məlum olub - polis onun ölümünün təfərrüatlarını açıqlamayıb, lakin yerli KİV məlumat verib ki, kişi otelin üçüncü mərtəbəsindən təsadüfən yıxılaraq ölüb.
Ölümün müəmmalı şəraiti Bleyerin qohumları və dostlarını ictimaiyyətin diqqətini hadisəyə yönəltməyə vadar edib. Onlar turistin "amansız cinayətin qurbanı" olduğuna inanırlar. Qohumları təəccüblənirlər ki, niyə səlahiyyətlilər kaliforniyalının ölümünü sadə bir qəza kimi belə tez tanıdılar. Səyyahın ailəsi istintaqın təfərrüatlarının açıqlanmasını tələb etməkdə davam edir.
QAZİLER.AZ