Böyük Britaniyada tibb bacıları 2 günlük tətilə başlayıblar

Böyük Britaniyada tibb bacıları 2 günlük tətilə başlayıblar backend

Minlərlə tibb bacısı yaşayış minimumu və inflyasiya fonunda ədalətli maaş artımı tələbi ilə yenidən iki günlük tətilə çıxıb.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, 300 mindən çox üzvü olan və tibb bacılarını təmsil edən RCN (Kral Tibb Bacısı Kolleci) birliyinə bağlı tibb bacıları, 55 vəqf xəstəxanasında iki gün sürəcək iş dayandırıblar.

RCN-dən verilən açıqlamada bildirilib ki, hökumət səlahiyyətliləri rəsmi danışıqlarda iştirakdan imtina etdiklərinə  görə də “tətillərə üstünlük verilib”.

RCN ittifaqı yanvarın 16-da bəyan edib ki, ayın sonunadək danışıqlarda irəliləyiş olmasa, fevralın 6-7-də növbəti tətil olacaq.

QAZİLER.AZ

 

Diaspora