ABŞ-da qütb ayısı qadın və uşağı öldürüb

ABŞ-da qütb ayısı qadın və uşağı öldürüb backend

Kənddə qütb ayının hücumuna məruz qalan qadın və uşaq həyatını itirib.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, yerli vaxtla saat 14:30-da ABŞ-ın Alyaska ştatının  ucqar kəndlərindən birində hücum barədə məlumat daxil olub.

Xəbərdə qütb ayısının çox adamı təqib etdiyi, ayının bir qadın və uşağı öldürdüyü bildirilirdi.

Qütb ayısı yerli sakinlər tərəfindən güllələnərək öldürülüb.

QAZİLER.AZ

 

 

Diaspora