Almaniyada 10 ildə ilk dəfə ölkənin Müdafiə Nazirliyinə gətirilən “kişi nazir” kimi qeyd edilən yeni müdafiə naziri Boris Pistorius ilk açıqlamasını verib.
Qaziler.az timeturk.com-a istinadən bildirir ki, Almaniyada tutduğu vəzifədən istefa verən müdafiə naziri Kristin Lambrextin yerinə keçəcəyi açıqlanan Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistorius Almaniya ordusunu gücləndirmək istədiyini bildirib.
Pistorius müdafiə naziri olaraq onu gələcəkdə böyük işlərin gözlədiyini ifadə edərək, "Önümüzdəki dövrdə Alman ordusunu gücləndirmək istəyirəm" dedi.
QAZİLER.AZ
