Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək üçün Ukraynaya kömək etmək lazımdır. Əks halda, başqa ölkələri təhlükə gözləyir.
Qaziler.az bildirir ki, bu barədə “RBK-Ukrayna” Moldova prezidenti Maya Sandu Davosda keçirilən forumda verdiyi bəyanata istinadən xəbər verir.
"Biz demokratiyaya inanırıq, demokratiyaya dəyər veririk, azad dünyanın bir parçası olmaq istəyirik və yeganə çıxış yolu birləşməkdir. Bəli, çətindir, lakin biz Ukraynaya bu müharibədə qalib gəlməyə kömək etməliyik, çünki əks halda hər birimiz təhlükə altında olacağıq. […] Biz Rusiyanı yaxın gələcəkdə demokratik ölkə kimi görmürük, bu o deməkdir ki, təhlükə hələ də qalır”, - Sandu bildirib.
QAZİLER.AZ