Türkiyə XİN: Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdir

Türkiyə XİN: Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdir backend

Türkiyə Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “seçki”lərlə bağlı bəyanatla çıxış edib. APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək “yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMTTəhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır:

“Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək”.
Diaspora