AB-dən  təhdidlərlə bağlı təcili qərar: Həmin ölkədə dərman stoklanacaq

AB-dən  təhdidlərlə bağlı təcili qərar:  Həmin ölkədə dərman stoklanacaq backend

Aİ nüvə, kimyəvi, bioloji və radioloji təhlükələr kimi fövqəladə hallarda istifadə üçün Finlandiyada dərman və tibbi ləvazimat ehtiyatı saxlamağa qərar verib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Aİ təhdidlərə qarşı Finlandiyada dərman ehtiyatı saxlayacaq.

Aİ Komissiyası bu məqsədlə Aİ-nin quracağı ilk ehtiyat üçün 242 milyon avro ayırıb.

Finlandiyadakı müəssisədə nüvə, kimyəvi, bioloji və radioloji hücumlara qarşı materiallar, peyvəndlər və antidotlar, kritik tibbi avadanlıqlar, cihazlar, alətlər və avadanlıqlar, sahədə istifadə olunacaq hər cür materiallar mövcud olacaq.

Aİ-nin maliyyəsi təkcə bunlar üçün deyil, həm də müəssisədə işləyəcək insanların təlimi üçün istifadə olunacaq.

Fövqəladə hallarda Finlandiyadakı ehtiyatından Aİ ölkələrinə, həmçinin Aİ-nin Mülki Müdafiə Mexanizmində iştirak edən ölkələrə və qonşu dövlətlərə yardım göndərilə bilər.

Məlumatda qeyd edilib ki, Finlandiyadakı ehtiyatlar fövqəladə hallar yarandıqda bir çox ölkədə mövcud olacaq.

QAZİLER.AZ

Diaspora