Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın neft quyularına və taxıl anbarlarına çökərək ölkəni talan etdiyini bildirib.
Qaziler.az “Habertürk”ə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin ABŞ əsgərlərinin Suriyadan qaçaqmalçılıq yolu ilə neft və taxıl daşıdığını bu cür ifadə edib:
“ABŞ-ın Suriyanı yağmalamasının aşkarlığı və rüsvayçılığı bizi dəhşətə gətirir”, deyə Vanq Vinbin bildirib.
Vanq Pekində keçirdiyi mətbuat konfransında ABŞ ordusunun yanvarın 14-də Suriyanın Haseke vilayətindən 53 neft yüklü tankeri İraqdakı bazalarına köçürdüyü iddiasına da münasibət bildirib.
Əsəd rejiminin rəsmi məlumatlarında Suriyada çıxarılan neftin 80 faizindən çoxunun 2022-ci ilin ilk yarısında ABŞ işğalçı qüvvələri tərəfindən ölkədən qaçaq yolla çıxarıldığını ifadə edən Vanq, “Bu quldurluq Suriyadakı enerji və humanitar böhranı dərinləşdirir. Suriya xalqı qışı az miqdarda neft və qida ilə çıxarmağa çalışacaq", deyə vurğulayıb.
QAZİLER.AZ