Almaniyada polisləri palçığın içinə batırdılar - VİDEO

Almaniyada polisləri palçığın içinə batırdılar - VİDEO backend

Almaniyanın Lütserath şəhərində kömür mədənin genişləndirilməsinə qarşı çıxan ətraf mühit fəalları alman polisini çətin vəziyyətə salıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, kömür mədəninə tərəf gedən etirazçılara polis dəyənəklərlə və gözyaşardıcı qazla müdaxilə edib.

Daha sonra alman polisi etirazçıları mühasirədə alaraq, təxminən 1 saat saxlayıb.

Aksiya zamanı alman polisi ilə toqquşan etirazçıların bəziləri polislərin bir neçəsini palçıq bataqlığına itələyib. Palçığın içindən çıxmağa çalışan polislərin görüntüləri isə sosial mediada paylaşılıb.

QAZİLER.AZ

Diaspora