Keniyada 6 milyon quelea quşu öldürüləcək

Keniyada 6 milyon quelea quşu öldürüləcək backend

Şərqi Afrikada yerləşən Keniya taxıl yeyən quelea quşuna qarşı müharibə elan edib.

Qaziler.az “Guardian”a istinadla xəbər verir ki, ölkə hökuməti tarlalara hücum edən quşların qarşısını almaq üçün çarə axtarır.

Belə ki, tədbirlər çərçivəsində təxminən 6 milyon qırmızı dimdikli quşun öldürülməsinə qərar verilib.

Ölkənin Ərzaq və Kənd Təsərrüfatı nazirliyinin məlumatına görə, bir quelea gündə 10 qrama qədər taxıl yeyə bilir. Taxıl bitkilərində itki ilə üzləşən fermerlərə kömək etmək istəyən hökumət isə pestisid (böcək dərmanı) üsuluna əl atmağa hazırlaşır. Mütəxəssislər isə bu vəziyyətin mənfi nəticələrə səbəb olacağı haqda xəbərdarlıq edirlər.

Məlumatda qeyd edilir ki, Keniyada fermerlərin həmin quşlar səbəbindən 60 tona yaxın taxıl itirəcəyi gözlənilir.

Araşdırmaçılar isə queleaları yox etmək üçün istifadə olunacaq zəhərli dərmanların hədəf olmayan orqanizmləri yaralaya və ya öldürə biləcəyini deyir.

QAZİLER.AZ

Diaspora