Polşa prezidenti Anjey Duda bir neçə ölkənin Ukraynaya "Leopard" tankları verəcəyinə ümid etdiyini bildirib.
Qaziler.az Polsat News-a istinadən xəbər verir ki, o, bunu Davosda Dünya İqtisadi Forumunda müzakirələr zamanı deyib.
"Əlbəttə, biz Almaniya Federativ Respublikasının bu işdə iştirakına ümid edirik. Bu proses əlbəttə ki, müəyyən vaxt aparacaq", - o əlavə edib.
QAZİLER.AZ