Böyük Britaniya hökumətinin keçmiş rəhbəri baş nazir kimi hakimiyyəti haqqında kitab yazacaq. Kitab tezliklə hazır olmalıdır...
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkə hökumətinin başçısı vəzifəsində işlədiyi dövr haqqında kitab yazacaq.
Qaziler.az "The Huffington Post" nəşrinə istinadla bildirir ki, nəşri hazırlayacaq HarperCollins Publishers nəşriyyatı kitabı yazmaq hüquqlarını əldə etdiyini açıqlayıb. Lakin onun buraxılış tarixi hələ məlum deyil. O da qeyd edilir ki, Conson artıq bir neçə kitab, o cümlədən Uinston Çörçilin tərcümeyi-halını yazıb. Consonun müttəfiqləri dəfələrlə Rishi Sunakın baş nazirliyinin başa çatacağı təqdirdə onun baş nazirliyə qayıda biləcəyini təklif ediblər. Conson Downing Street-i tərk etdikdən sonra diqqətini pul qazanmağa yönəldib və artıq tamaşalardan 1 milyon funt-sterlinqdən çox qazanıb.
Xatırladaq ki, Boris Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Britaniya hökumətinə rəhbərlik edib.
Ekspertlər hesab edir ki, kitab özünə böyük oxucu kütləsi tapacaq...
QAZİLER.AZ