Ukrayna hərbçiləri ABŞ Silahlı Qüvvələrinin “Patriot” raketdən müdafiə sistemindən istifadə üzrə təlimlərin keçiriləcəyi Oklahomadakı bazasına gəlib.
Qaziler.az xəbər verir ki, “Fox News”un jurnalisti Vestfild Ostinin “Twitter”də verdiyi məlumata görə, 100 Ukrayna əsgəri olan təyyarə artıq “Fort Sill” hava limanına enib.
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlim kursu bir neçə ay davam edəcək və burada nəzəri dərslər, trenajorlarla və birbaşa “Patriot” sistemi ilə iş aparılacaq.
QAZİLER.AZ