Meksika rusların ölkəyə girişindən imtina etməyə başlayıb

Meksika rusların ölkəyə girişindən imtina etməyə başlayıb backend

Meksikaya daxil olmaq üçün rusların viza almaqdan imtina etmə ehtimalı artıb.Bütün bunlar ABŞ-Meksika sərhədini qanunsuz keçmə cəhdlərinin artması ilə əlaqədardır.

Qaziler.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın Meksikadakı səfirliyinin nümayəndəsi Andrey Troyanovski deyib.

Qeyd olunur ki, bir müddət əvvəl Meksikanın sərhəd xidməti bir sıra ölkələrin, o cümlədən rusların vətəndaşlarına daha tez-tez girişdən imtina etməyə başlayıb.

“Biz ölkəyə girişdən imtina hallarında bir qədər artım müşahidə edirik, lakin Rusiyadan və postsovet məkanından gələn turistlərə bu qədər diqqət yetirilməsinə səbəb bu ölkələrdən qeyri-qanuni miqrant axınının artmasıdır və onlar Meksikadan ABŞ -a tranzit zona kimi istifadə edirlər”, - Troyanovski bildirib.

QAZİLER.AZ

Diaspora