Ukraynadakı münaqişə üçüncü dünya müharibəsidir - Kadırov

Ukraynadakı münaqişə üçüncü dünya müharibəsidir - Kadırov backend

“Əgər siz Ukraynanın Rusiya ilə qarşıdurmadakı müttəfiqlərini dünya birliyi adlandırırsınızsa, onda biz üçüncü dünya müharibəsinin getdiyini deyə bilərik”.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov köməkçisi, milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevin sosial şəbəkəsində canlı yayımda bildirib.

Eyni zamanda o qeyd edib ki, Çin, Hindistan və Pakistan kimi böyük dövlətlər münaqişəyə cəlb olunmur.

Bu gün Ukraynadakı münaqişədə iştirak edən Avropa dövlətlərini götürsək, bunlar NATO, NATO bloku və digər əlaqəli dövlətlərdir, əgər bunları dövlətlər adlandırsaq, bu, üçüncü dünya müharibəsidir deyə bilərik.

Qeyd edək ki, yanvarın 13-də Kadırov məzuniyyətə getdiyini bildirib. O, öz səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xaçıyevə həvalə edib.

QAZİLER.AZ

Diaspora