Okeanda boğulan oğullarını xilas etməyə çalışan valideynlər öldülər.
Qaziler.az bildirir ki, bu barədə New York Post yazıb.
Braziliyanın Juan- Pessoa şəhərində çimərlik yaxınlığında okeanda boğulan 13 yaşlı oğlunu xilas etməyə çalışan ata və anası həyatlarını itiriblər.
Səhər saatlarında 43 yaşlı Felisberto Sampayo və 42 yaşlı İnalda Sampayo 13 yaşlı oğlu ilə birlikdə çimərliyə gəliblər. Sahildə olan valideynlər övladlarının sörflə mübarizə apardığını və sahilə çıxa bilmədiyini görüblər. Ata və ana onun köməyinə qaçıblar, lakin hər ikisi suda boğulub.
Yeniyetməni yerli balıqçılar və qohumu xilas edib. Hadisə yerinə gələn xilasedicilər uşağın valideynlərini sudan çıxarıblar. Onların hər həyata qaytarmağa çalışsalar da, nəticəsi olmayıb. Cütlükı hadisə yerindəcə dünyasını dəyişib.
Artıq yetim qalan yeniyetməyə həkimlər tərəfindən ilkin yardım göstərilib, o, sonra xəstəxanaya yerləşdirilib. Yeniyetmənin vəziyyətinin yaxşılaşdığı bildirilir.
QAZİLER.AZ