Tailandda rusiyalı ailə okeanın ortasındakı adada unudulub

Tailandda rusiyalı ailə okeanın ortasındakı adada unudulub backend

Kater sürücüsü rusiyalı  ailəni Tailandın Ko Sak adasından geri qaytarmağı unudub.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Tailandda kater sürücüsü Ko Sak adasına apardığı rusiyalı turist ailəsi üçün geri qayıtmağı unudub. Bu barədə Thaiger yazır.

Bazar günü, yanvarın 15-də iki uşaqlı dörd nəfərdən ibarət rusiyalı turist ailəsi Ko Sak adasına ekskursiyaya getmək üçün kater icarəyə götürüb. Gəminin sürücüsü razılaşdırılmış vaxtda səyahətçilər üçün qayıtmayıb, onları okeanın ortasında tək qoyub və o, çoxsaylı telefon zənglərinə belə cavab verməyib.

Gün batdıqdan sonra adalda qalan, həyəcanlanan  ailəni yerli sakinlərdən biri görüb polisə zəng edib. Onlar axşam saat 8 radələrində xilasedicilərlə birlikdə Ko Saka gəliblər. Ailə sağ-salamat Pattayaya qayıdıb.

Polis polkovnik-leytenantı Piçhai Kxeavpluanq bildirib ki, insident Pattayada turizmə ciddi ziyan vurduğu üçün səlahiyyətlilər qayıq operatorunu tapıb onu məsuliyyətə cəlb edəcəklər.

QAZİLER.AZ

Diaspora