Norveç hakimiyyət orqanları özəl hərbi şirkət "Vaqner"in keçmiş yüksək rütbəli üzvü olan rusiyalı Andrey Medvedevin sərhədi qanunsuz keçdiyini və Skandinaviya ölkəsindən sığınacaq istəməsini təsdiqləyib.
Qaziler.az eurointegration.com.ua-ya istinadən xəbər verir ki, bu məlumatı “Associated Press” agentliyinə Norveç İmmiqrasiya İdarəsi (UDI) təsdiqləyib.
Medvedevin işi Norveç immiqrasiya polisinə təhvil verilib, rusiyalı isə Osloya köçürülüb və orada miqrasiya qanunlarını pozanlar üçün mərkəzə yerləşdirilib. Norveç polisi hadisə ilə bağlı şərh verməkdən imtina edib.
QAZİLER.AZ