Serbiya prezidenti Aleksandr Vuçiç xüsusi təyinatlıların gücləndirilməsini istədiklərini bildirərək, orduya 5 min nəfərin cəlb olunacağını açıqlayıb.
Qaziler.az xarici mediaya istiadla xəbər verir ki, bu barədə Vuçiç paytaxt Belqraddakı Hərbi Klubda baş tutan və Serbiya ordusunun 2022-ci ildəki fəaliyyəti və vəziyyətinin müzakirə edildiyi görüşdən sonra açıqlama verib.
Önümüzdəki dövrdə ölkəsinin yerli istehsal olan pilotsuz uçuş aparatlarına diqqət yetirəcəyinə diqqət çəkən Vuçiç "Xüsusi təyinatlıları gücləndirmək üçün işlər aparacağıq. Bu çərçivədə 5 min nəfərin xüsusi təyinatlılara işə götürülməsi üçün elan verilməsini tələb edəcəm" deyə bildirib.
Vuçiç müdafiə sənayesini gücləndirmək üçün də fəaliyyətlər həyata keçirəcəklərini ifadə edərək, əsgərlərin maaşlarını artıracaqlarını bildirib.
Ukraynadakı müharibənin Serbiyaya mənfi təsir etdiyini dilə gətirən Vuçiç, "Ödədiyimiz hərbi texnikanı idxal edə bilmirik. Eyni şəkildə ehtiyat hissələri də gətirə bilmirik. Ona görə də güclü tərəflərimizə diqqət yetirəcəyik" ifadələrini əlavə edib.
QAZİLER.AZ