Türkiyədə havanın temperaturu mövsümə uyğun olmadığı və yüksək keçdiyi üçün ağaclar çiçəkləməyə başlayıb.
Qaziler.az xəbər verir ki, belə bir hadisə Türkiyənin Megakəndində yaşanıb. Qeyd edilib ki, bu vəziyyət kənd təsərrüfatına və iqtisadiyyata zərər verə bilər.
“Normal şərtlərdə İstanbulda noyabr ayından sonra havanın temperaturu müəyyən dərəcədə aşağı düşür. Təxminən 10 dərəcədən aşağı düşəndə bitkilər qış yuxusuna gedir. Lakin 10 dərəcədə yuxarı qalxarsa, bitkilər sanki baharın gəldiyini zənn edirlər. Tumurcuqlayır və çiçək açırlar. Biz buna “yalançı bahar” adını veririk. Bu hal əvvəllər 10 ildən bir görüldüyü halda, artıq 2 3 ildən bir müşahidə edilməyə başlayıb. Bu, iqlimlərin dəyişdiyinin gödtəricisidir”, deyə Prof.Dr. Tolunay bildirib.
QAZİLER.AZ



