Səudiyyə Ərəbistanı hökuməti müqəddəs torpaqları tikinti meydançasına çevirib.
Qaziler.az xəbər verir ki, hər il milyonlarla müsəlmanın həcc və ümrə üçün ziyarət etdiyi 7 minarəli Məscidül-Haram İslam memarlığının ən mühüm nümanələrindən biri hesab olunur.
Açıq və qapalı ibadət yerləri olan məscid ümumilikdə 400 min 800 kvadrat metr sahəni əhatə edir və 820 min nəfər tutuma malikdir.
Məscidül-Haram ilin hər günü dünyanın bir çox yerindən gələn müsəlmanlar tərəfindən ziyarət edilir.
Lakin ziyarətçilərin narazılığına səbəb məbədin ətrafında gedən tikintidir. Davamlı tikinti işlərinin aparıldığı bölgədə nəhəng kranlar və qüllələr diqqət çəkir.
40 mərtəbəyə qədər ucaldılan göydələnlər və otellər mənəvi atmosferi korlayır. Hira dağına qalxan müsəlmanlar isə gördükləri mənzərədən məyusluq hissi keçirirlər.
QAZİLER.AZ













