Türkiyədə ruslar üçün xüsusi məlumat tablosu hazırlandı

Türkiyədə ruslar üçün xüsusi məlumat tablosu hazırlandı backend

Antalya Böyükşəhər Bələdiyyəsi daha çox rusların yaşadığı ərazilərdə avtobus saatlarının rus dilində yazılmış lövhələrini hazırlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, tablolarda rus dilində avtobusun yola düşmə saatı, bələdiyyə ilə əlaqə qurmaq üçün nömrə və mobil tətbiqlər yer alıb.

Hətta Antalya şəhərinin meri Muhittin Böcekin adının rus dilində yazılması Türkiyə mediasında gündəm olub.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən və Avropada qalxan qaz qiymətləri fonunda Türkiyəyə axın edən turistlərin sayı çoxalıb. İş o yerə çatıb ki, Antalyanın bəzi bölgələrində türklər azlıq təşkil edib.

QAZİLER.AZ

Diaspora