“Qərblə Rusiya arasında normallaşma gözlənilmir” - NATO

“Qərblə Rusiya arasında normallaşma gözlənilmir” - NATO backend

Ukraynada münaqişənin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində mümkün perspektivi qiymətləndirərkən bildirib.

“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, - Stoltenberq qeyd edib.

Eyni zamanda, Baş katib Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmır və belə bir riski az hesab edir.

Əvvəla, ona görə ki, Çin və digər ölkələr Rusiyaya mesaj veriblər ki, nüvə silahından istifadə edilməməlidir.

Buna baxmayaraq, Stoltenberq hesab edir ki, Qərb ixtiyarında “böyük resurs”a malik olan Rusiyanı yanlış qiymətləndirməməlidir. Bununla bağlı o, Almaniyanı Ukraynaya tank tədarükünü başlamağa çağırır.

loading...
Diaspora