Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb

Rusiyanın Dneprə raket hücumu nəticəsində  ölənlərin sayı 14-ə çatıb backend

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Qaziler.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri onu da qeyd edib ki, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb.

"Axtarış əməliyyatı davam etdirilir", - onun paylaşımında deyilir.

Xəsarət alanlar arasında 14 uşağın olduğu qeyd edilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib. 

loading...
Diaspora