Çeçenistan lideri Ramzan Kadırov tətilə getdiyini açıqlayıb. Bu zaman onun səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xaçıyev yerinə yetirəcək.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, müvafiq sərəncam Çeçenistan rəhbərinin və hökumətinin saytında dərc olunub.
“12 yanvar 2023-cü ildən illik ödənişli məzuniyyətə gedirəm. Tətildə olduğum müddətdə Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icrasını Çeçenistan Respublikası hökumətinin sədri Xuçiyev Müslüm Maqomedoviçə həvalə edirəm”, sənəddə qeyd edilib.
QAZİLER.AZ