Cənubi Koreyanın paytaxtı Seulda "Hellouin" bayramında 159 nəfərin öldüyü izdihamda 23 şəxs məsuliyyətə cəlb olunub.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, ölkədə izdihamın yaranması ilə bağlı aparılan araşdırma başa çatıb. Məlum olub ki, səlahiyytli şəxslər izdihamın yaranmaması üçün lazımi nəzarət tədbirlərini həyata keçirməyiblər, kömək çağırışlarına məhəl qoymayıblar.
Bu səbəbdən dolayı peşə səhlənkarlığı və ölümlə nəticələnən digər cinayətlərə görə 23 vəzifəli şəxsin məsuliyyətə cəlb ediləcəyi qeyd edilib.
İstintaq çərçivəsində təxminən 540 adamın dindirildiyi, kamera görüntüləri və sosial media məzmunu da daxil olmaqla 180-dən çox videonun araşdırıldığı, 14 minə yaxın dəlilin toplandığı bildirilib.
İnsan itkisinin əsas səbəbi kimi hadisələrin ləng ötürülməsi və müvafiq qurumlar arasında zəif işbirliyinin olduğun göstərilib.
QAZİLER.AZ