Malayziyanın Pandan İndah bölgəsində adı açıqlanyaman bir restoranda toyuq piştaxtasına daxil olan siçan qızardılmış toyuğu qabdan yeməyə başlayıb.
Qaziler.az “Haber Global”a isitinadla xəbər verir ki, görüntülər müştəri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.
Ölkənin Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.
Paylaşılan görüntülər tez bir zamanda 1,5 milyondan çox insan tərəfindən izlənilib. Həmin anları qeyd edən müştəri şok effekti yaradan videoya “Orada siçan haqqında işçi heyətə məlumat verdim, onları isə cavabında həmin yeri sadəcə təmizlədiklərini bildirdilər” qeydini əlavə edib.
QAZİLER.AZ