Ərdoğan İstanbulun ən böyük kitabxanasına getdi - FOTO

Ərdoğan İstanbulun ən böyük kitabxanasına getdi - FOTO backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda açılış mərasimindən əvvəl Rami kitabxanasını gəzib. 

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, açılış mərasimindən əvvəl Ərdoğan Əminə Ərdoğanla birlikdə kitabxananı ziyarət edib, tələbələrlə də görüşüb.

Kitabxana Türkiyənin ən böyük, Avropanın isə azsaylı kitabxanalarından biri olacaq.

Qeyd edilib ki, ilk dəfə Osmanlı Sultanı III. Mustafanın dövründə tikilən Rami kazarması uzun müddət boş qaldıqdan sonra kitabxanaya çevrilib.

Burada təxminən 2,5 milyon vəsaitin saxlanılacağı nəhəng bir  kitabxananın qurulması planlaşdırılır.

QAZİLER.AZ

Diaspora