“Microsoft”un hərbi “HoloLens” başlığı uğursuz oldu

“Microsoft”un hərbi “HoloLens” başlığı uğursuz oldu backend

“Microsoft”un ABŞ ordusuna verdiyi qarışıq reallıq başlığı istənilən səviyyəyə çata bilməyib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ ordusu müharibə bölgələrində xidmət edən itlər üçün artırılmış reallıq (AR) texnologiyasından istifadə edərək eynəkləri sınamağa başlamışdı. Daha sonra ABŞ əsgərləri “Microsoft HoloLens” əsaslı AR eynəklərindən istifadə etməyə başlayıb.

“Microsoft” bir müddətdir ki, ABŞ ordusu üçün həmin eynəklər üzərində çalışırmış. Lakin gözlüklərdə problemlər olduğundan gözlənilən nəticəni verməyib.

Beləliklə, konqres “Microsoft”dan daha fazla “HoloLens” əsaslı döyüş eynəklərini almaqdan imtina edib. ABŞ hökuməti mövcud modeldən daha çox sifariş vermək əvəzinə, yeni versiyanın hazırlanması üçün əlavə 40 milyon dollar vəsait ayırıb.

Qeyd edək ki, “Microsoft”un ABŞ ordusuna təqdim etdiyi qarışıq reallıq başlığı əsgərlərdə baş ağrısı və ürəkbulanma kimi diskomfortlara səbəb olub.

QAZİLER.AZ

Diaspora