Berlində Ukraynaya tankların tədarükü ilə bağlı Polşadan sorğu almadıqlarını bildiriblər

Berlində Ukraynaya tankların tədarükü ilə bağlı Polşadan sorğu almadıqlarını bildiriblər backend

Almaniya hökuməti Polşadan “Leopard” döyüş tanklarının Ukraynaya tədarükü ilə bağlı hələlik rəsmi müraciət almayıb.

Qaziler.az Spiegel-ə istinadən yazır ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi bildirib.

Çərşənbə günü Polşa tərəfdaşları ilə birgə koalisiyanın bir hissəsi olaraq "Leopard" döyüş tanklarının bir hissəsini Ukraynaya verməyə hazır olduğunu açıqlamışdı.

Qeyd edək ki, "Leopard" Almaniya istehsalı tank olduğundan, sonrakı ixrac üçün Almaniya federal hökumətindən icazə tələb olunur.

QAZİLER.AZ

 

 

Diaspora