Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları işağl altında olan Xersonun keçmiş administrasiya rəhbərinin müavininin evində axtarış aparıblar və orada Vladimir Putinin hədiyyəsi ehtimal olunan qızıl saat aşkar ediblər.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosu məlumat yayıb.
Belə ki, DİB-nin əməkdaşları Xersonun keçmiş merinin birinci müavininə məxsus binalarda axtarışlar zamanı təqsirləndirilən şəxsin Rusiya ilə əməkdaşlıq fəaliyyətində iştirakını sübut edən sənədlər və digər sübutlar aşkar edilib.
“İstintaq üçün əsas sübutun Rusiya Prezidentinin qızıl saatlı mükafat olduğu iddia edilir. Hətta keçmiş vəzifəlinin çevrəsində öyünərək, bunun Putinin ona verdiyi əsl hədiyyə olduğunu bildirib”, - Dövlət Təhqiqat Bürosu bildirib.
QAZİLER.AZ