“Rusiyada mövcud olan səfərbərlik ehtiyat sistemi bütün çağırışlara cavab verir”.
Qaziler.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RBC efirində bildirib. Onun fikrincə, bütün gəncləri hərbi təlimə cəlb etməyə ehtiyac yoxdur.
“Rusiyada yaradılmış səfərbərlik ehtiyat sistemi ölkəmizin üzləşdiyi təhlükə və çağırışlara tam cavab verir. Və bu gün bütün gəncləri hansısa hərbi təlimdən keçirməyə ehtiyac yoxdur”, - deyə deputat bildirib.
Eyni zamanda, Kartapolov qeyd edib ki, irimiqyaslı qarşıdurma baş verərsə, təkbaşına ehtiyatda olan hərbçilərlə idarə etmək mümkün olmayacaq.
QAZİLER.AZ