Bir ilə yaxındır Rusiyada həbsdə olan keçmiş ABŞ əsgəri Teylor Dadli ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardsonun köməyi ilə aparılan danışıqlar çərçivəsində sərbəst buraxılıb.
Qaziler.az “CNN İnternational”a istinadla xəbər verir ki, Dadli ailəsinin sözçüsü Conatan Franks bildirib ki, o bu gün Rusiya-Polşa Baqrationovsk-Bezledi sərhəd-keçid məntəqəsində təxminən bir il davam edən danışıqlardan sonra sərbəst buraxılıb.
"Uzun danışıqlardan sonra Teylor Dadlinin sərbəst buraxılmasını görmək çox gözəldir. Moskva və Kalininqradda çox çalışdıq və biz bunu ilk dəfə Rusiya rəsmiləri ilə Britney Griner, Paul Velan və Trevor Ried ilə görüşlərimizdə gündəmə gətirdik”, deyə bildirilib.
Qeyd edək ki, musiqi festivalında iştirak etmək üçün Polşaya gedərkən Rusiyanın Kalininqrad vilayətinə gedən keçmiş ABŞ əsgəri 35 yaşlı Taylor Dadli 22 aprel 2022-ci ildə Rusiya tərəfindən saxlanılıb.
QAZİLER.AZ