ABŞ-ın Texas ştatındakı “Rockwall-Heath” liseyində tələbələr futbol məşqi zamanı bir saat ərzində 400 dəfə jim eləməyə məcbur ediliblər.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra tələbələr xəstəxanaya yerləşdiriliblər. Məşqçi Con Harrel baş verənlərdən sonra inzibati məzuniyyətə çıxıb.
Hadisə Dallasın yaxınlığındakı dövlət məktəbində səkkizinci semestrin yüngül atletika sinfində baş verib. Bir ana oğlunun su fasiləsi verilmədən 300 və ya 400 dəfə jim eləməyə məcbur edildiyini iddia edib. Oğlunun xəstəxanaya yerləşdirildiyini və böyrəklərin zədələnməsinə səbəb ola biləcək rabdomiyoliz diaqnozu qoyulduğunu bildirib.
Məlumata görə, ekstremal məşqdən sonra azı 8 tələbə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra məktəb rəhbərliyi valideynlərə məktub göndərək açıqlama verib.
Açıqlamada hadisə ilə bağlı araşdırma başladıldığı, müəllimin inzibati məsuliyyətə cəlb edildiyi, lazmi tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
QAZİLER.AZ