Litva Prezidenti: Ukraynada müharibə həlledici mərhələyə çatıb

Litva Prezidenti: Ukraynada müharibə həlledici mərhələyə çatıb backend

Litva prezidenti Gitanas Nauseda Lvovda keçirilən Lyublin üçbucağı sammitindən sonra deyib: "Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub".

Qaziler.az delfi.lt-ə istinadən bildirir ki, Mətbuat konfransında Polşa prezidenti Anjey Duda və Ukrayna prezidenti Vladimir Zelenski də iştirak ediblər.

Nauseda bildirib ki, belə görüşlər çox vacibdir.

"Bu gün bizim tərəfdaşlarımız, prezident, onun komandası, bütün Ukrayna döyüşməyə hazırdır. Onlar bu döyüşdə mütləq qalib gələcəklər, buna heç bir şübhə yoxdur”, - Litva Prezidenti bildirib.

QAZİLER.AZ

Diaspora