Yaponiyanın Şimali Koreya, Çin və Rusiya ilə regional mübahisələri davam edərkən müdafiə sahəsində daha bir yeniliyə addım atıb.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya hökuməti ölkənin cənub şərqindəki kimsəsiz bir adada özünümüdafiə qüvvələrinin bazasının tikildiyini açıqlayıb.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Koqaşima əyalətindəki Mage adasında tikilən bazanın ətraf mühitə təsiri qiymətləndirilib.
Heç kimin yaşamadığı 8 kv.km-lik adada bazanın tikintisi 4 il çəkəcək. Plana əsasən, ilk olaraq uçuş-enmə zolağı və silah-sursat anbarları yaradılacaq.
Hərbi baza Sakit okean bölgəsindəki İvoto adasında yerləşən ABŞ döyüş təyyarələri üçün təlim meydançası kimi istifadə olanacaq.
Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu verdiyi açıqlamada hərbi bazanın ABŞ-ın təyyarədaşıyan gəmilərinin Asiya-Sakit Okean hövzəsində yerləşdirilməsi üçün əvəzolunmaz yer olacağını bildirib.
QAZİLER.AZ
