Rusiya prezidenti Vladimir Putin Baş nazirin müavini, Ticarət və Sənaye naziri Denis Manturova müdafiə sənayesi üzrə müqavilələrin hazırlığı barədə məlumat verərkən hirslənib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, brifinq zamanı Putin Manturovun çıxışına sərt reaksiya verib.
Manturov “Müdafiə Nazirliyi ilə müqavilələrimiz var. Söhbət helikopterlərdən gedir. Təyyarələrə gəlincə, hər şey yerli yerindədir. Hər şey hazırdır”, - deyib.
Putin isə nazirin çıxışı zamanı araya girərək “Denis, hər şey hazırdır, amma müqavilələr yoxdur. Sənə deyirəm... Niyə bir-birimizlə əlləşirik? Ortalıqda müqavilələrin olmadığını bilirəm. Direktorlar mənə deyib” - deyə sərt reaksiya verib.
“Niyə axmaqlıq edirsən? Müqavilələr nə vaxt hazır olacaq? Direktorlar mənə hazır olmadığını deyir, amma sən “hər şey hazırdır” deyirsən” - deyən Putin nazirə müqavilələrin 1 ay ərzində tamamlanmasını tapşırıb.
QAZİLER.AZ